Liderlə son çempionun duelində qalib bilinmədi

Liderlə son çempionun duelində qalib bilinmədi

Minifutbol üzrə ölkə çempionatında 11-ci tur başa çatıb. 

Fanat.Az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında ötən ilin çempionu “Birbaşa Bakı” ilə hazırda turnir cədvəlinin lideri olan “Zirə” görüşüb. 

Gərgin və maraqlı keçən oyunda 2:2 hesabı qeydə alınıb. “Zirə”dən Pərviz Qaraxanov və Seymur Məmmədov fərqlənib. “Birbaşa Bakı”dan isə qolları İlkin Qəribli ilə Elvin Əlizadə vurub. 

"İdman Tv" ilə canlı yayımlanan digər görüşdə isə “Odlar Yurdu” komandası “Bakı” kollektivinə 2:1 hesabıyla qalib gəlib.  Turun digər oyunlarında “Zəngəzur” , “Veteran” , “Qalaksi Şuşa”, “Xəzər”, “Real” Bakı komandaları rəqiblərinə qalib gəliblər. “Aznur” - “AS Kəpəz” matçında isə qalib müəyyənləşməyib.  Liderlə son çempionun duelində qalib bilinmədi Bu nəticələrdən sonra “Zirə” liderliyini davam etdirir. 

Liderlə son çempionun duelində qalib bilinmədi Qeyd edək ki, 12-ci turun oyunları fevralın 18-21 də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər