Libertadores Kubokunun qalibi bəlli olub

Libertadores Kubokunun qalibi bəlli olub

Braziliyanın “Palmeyras” klubu Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən təşkil edilən Libertadores Kubokunun qalibi olub.

Fanat.Az xəbər verir ki, Cənubi Amerika futbolunun “Çempionlar Liqası” sayılan Libertadores Kubokunun finalında Braziliyanın iki komandası “Palmeyras” və “Flamenqo” üz-üzə gəlib.

Uruqvayın paytaxtı Montevideodakı "Centenary Stadium"da keçirilən final matçının əsas vaxtı Rafael Veyqa və Qabriel Barbosanın qolları ilə 1-1 başa çatıb.

Əlavə vaxta gedən matçın 95-ci dəqiqəsində Deyversonun qolu ilə yenidən önə keçən "Palmeyras" rəqibini 2-1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, "Palmeyras" 1999 və 2020-ci illərdən sonra turnirdə üçüncü dəfə çempion olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər