Libertadores Kubokunu "River Pleyt" qazandı

Libertadores Kubokunu "River Pleyt" qazandı

Libertadores Kubokunun son qalibi bəllidi.

 

 

Fanat.Az-ın məlumatına görə, Madriddə keçirilən final qarşılaşmasının cavab matçında "River Pleyt”lə "Boka Xuniors” üz-üzə gəlib.

 

Əzəli rəqiblərin dueli Argentinada baş tutmalı olsa da, tərəfdarları yol açdığı olaylar və insidentlər səbəbindən neytral meydana təyin olunmuşdu.

 

İlk görüşü 2:2 hesabı ilə başa çatan qarşılaşmanın ikinci matçının da əsas vaxtında qalib müəyyənləşməyib – 1:1.

 

Amma əlavə olunmuş dəqiqələrdə "River Pleyt” daha iki qol vuraraq 3:1 hesabı ilə qalib gəlib və kuboka sahib olub.

 

Libertadores Kuboku

Final (cavab matçı)

 

"River Pleyt” (Argentina) – "Boka Xuniors” (Argentina) – 3:1 (əlavə vaxtda)

Qollar:Pratto, 68, Kintero, 109, Martinez, 120+2 – Benedetto, 44

 

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər