Levandovskinin əvəzedicisi - Kavani

Levandovskinin əvəzedicisi - Kavani
Edinson Kavani karyerasını Almaniyada davam etdirə bilər.
Fanat.Az "Le10Sport"a istinadən xəbər verir ki, "Bavariya" Kavaninin xidmətində maraqlıdı. Münhen klubunun rəhbərliyi 33 yaşlı futbolçunu Robert Levandovskinin əvəzedicisi kimi görür. Artıq "Bavariya" keçidə dair detalları müzakirə etmək üçün Kavaninin qardaşı ilə əlaqə yaradıb.
Uruqvaylı oyunçunun "Benfika"ya keçmək ehtimalı da istisna deyil. Kavaninin ətrafı hazırda "lissabonlular"la danışıqlar aparır. Təcrübəli hücumçunun maddi şərtlərinin yüksək olması transferə əngəl törədə bilər.
Kavani 2013-2020-ci illər aralığında PSJ-də çıxış edib. O, hazırda azad agentdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər