Levandovski onları müqayisə etdi: "Böyük iddiadır"

Levandovski onları müqayisə etdi: "Böyük iddiadır"

"Bayern Münhen"in hücumçusu Robert Levandovski "France Football" jurnalına müsahibəsində futbolun yeni ulduzları Kilian Mbappe və Erlinq Holand haqqında danışıb. 

Fanat.Az xəbər verir ki, təcrübəli forvard onları dünya futbolunun növbəti dominatorları kimi görüb-görmədiyi və Lionel Messi-Kriştianu Ronaldu cütlüyü ilə müqayisə barədə suala belə cavab verib: 

"Onların bacarıqları var, bu dəqiqdir. Mbappenin hər iki ayağı ilə "işləkdir". O, Tyerri Anri ilə çox oxşardır. Holanda gəlincə, bəzən siz onun ləng olduğunu düşünə bilərsiniz. Əslində isə o, sürət və texniki cəhətdən çox güclüdür. O da gələcəkdə ən yaxşılardan birinə çevrilə bilər. Amma kim bilir, yaxın iki-üç ildə başqa gənc hücumçular yetişməyəcək? Mən onların dominantlığını təsəvvür edə bilmirəm. Ümumiyyətlə, Mbappeylə Holandı argentinalı və portuqaliyalı ilə müqayisə etmək bu gün üçün böyük iddiadır".   

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər