"Bavariya”nın hücumçusu Robert Levandovski karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Telegraph”a istinadən xəbər verir ki, 29 yaşlı polşalı forvardın xidmətində "Çelsi” maraqlıdı. Hətta Levandovski bu yay "Çelsi”nin əsas hədəfi hesab olunur. Baş məşqçi Antonio Kontenin klubdan ayrılıb-ayrılmaması belə, "zadəganlar”ın seçiminə təsir etməyəcək.
Hücumçu "Bavariya”dan getsə, "Çelsi” münhenlilərə 100 milyon funt sterlinq ödəməli olacaq.
Fanat.Az