“Bayernz Münhen”in heyətində mart ayının ən yaxşı futbolçusu seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Almaniya təmsilçisinin hücumçusu Robert Levandovski bu ada layiq görülüb.
Polşalı futbolçu azarkeşlər arasında aparılmış sorğuda komanda yoldaşları Kinqli Koman və Tomas Mülleri geridə qoyub.
Qeyd edək ki, 33 yaşlı hücumçu ötən ay 4 matçda meydana çıxıb və 6 qola imza atıb.