Leroy Zane karyerası ərzində belə halla üzləşməmişdi

Leroy Zane karyerası ərzində belə halla üzləşməmişdi

Avstriya və  Almaniya yığmaları arasında keçirilən yoldaşlıq görüşünün 49-cu dəqiqəsində meydandan qovulan Leroy Zane karyerasında ilk dəfə belə halla üzləşib.

Fanat.Az xəbər verir ki, Avstriyanın 2:0 hesablı qələbəsi ilə başa çatan matça qədər Zane peşəkar futbolçu karyerası ərzində heç vaxt "qırmızı" görməyib. 

27 yaşlı yarımmüdafiəçi ümumilikdə 402 qarşılaşmada iş başında olub. O, bu görüşlərdən 59-nu millidə, 151-ni "Bayern Münhen"də, 135-ni "Mançester Siti"də, 57-ni isə "Şalke"də keçirib. 

Zane 2020-ci ildən "Bayern"in uğurları üçün çalışır.

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər