Lənkəranda “Cümhuriyyət Kuboku”nun püşkü atıldı

Lənkəranda “Cümhuriyyət Kuboku”nun püşkü atıldı
Lənkəran Futbol Liqası tərəfindən növbəti futbol turniri təşkil olunur.
Fanat.Az xəbər verir ki, indiyə qədər "Prezident Kuboku" və "Müstəqillik Kuboku", eləcə də "Mübariz İbrahimov", "Vaqif Abbasov" kuboklarını təşkil edən LFL üçün qarşıdan gələn yarış sayca 20-ci olacaq.
1 may tarixindən start veriləcək turnir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Təşkilatçı Vaqif Rəşidov "Komanda.az”a bildirb ki, yarışda hər qrupda 5 komanda olmaqla, ümumilikdə 15 komanda iştirak edəcək. Turnirdə qruplar Azərbaycan bayrağının rənglərinə uyğun olaraq "Göy", "Qırmızı" və "Yaşıl" adlandırılacaq.
Bütün oyunları Lənkəranın "Palmalife" otelinin meydançasında keçiriləcək. Kubokun final matçı Cümhuriyyətin yubileyi ilə eyni gündə - 28 may tarixində baş tutacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər