Əvəzedici heyətlərin ölkə birinciliyində XXII turun oyuları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda "İnter" "Kəpəz"i qəbul edib. Gəncə təmsilçisi səfər oyununda 3:2 hesablı qələbəyə sevinib.
İkinci oyun günündə daha iki qarşılaşma baş tutub. "Qarabağ" öz meydanında "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib. "Sumqayıt" isə doğma meydanda AZAL-ı darmadağın edib - 3:0.
Tura bu gün keçirilən iki oyunla yekun vurulub. "Qəbələ" səfərdə "Rəvan"a qalib gəlib - 2:0. "Zirə" isə "Xəzər Lənkəran"ın qonağı olub Muxtar Əliyevin "poker" etdiyi oyunda qonaqlar 5:2 hesablı qələbə qazanıb.
Əvəzedici heyətlər
2015/16 mövsümü
III dövrə, XXII tur
18 fevral
İnter - Kəpəz 2:3
Qollar: İlkin Sadıqov, 29. Fərid Abbaslı, 81 - Fərid Məmmədov, 32; 71. Araz Mansurov, 48.
19 fevral
Sumqayıt - AZAL 3:0
Qollar: Şahin Əliyev, 17. Bayram Nuruzadə, 30. Əli Əlimərdanlı, 72.
Qarabağ - Neftçi 1:0
Qol: Ruslan Hacıyev, 56.
20 fevral
Rəvan - Qəbələ 0:2
Qollar: Ramil Hasanov, 14. Ramin Hüseynov, 16.
Xəzər Lənkəran - Zirə 2:5
Qollar: Zaman Mirzəzadə, 71; 83 - Təmkin Xəlilzadə, 6. Muxtar Əliyev, 26; 65; 84; 90.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qəbələ | 22 | 15 | 1 | 6 | 47-23 | 46 | |
| 2 | Sumqayıt | 22 | 12 | 6 | 4 | 45-23 | 42 | |
| 3 | Neftçi | 22 | 11 | 4 | 7 | 50-31 | 37 | |
| 4 | Kəpəz | 22 | 9 | 7 | 6 | 27-28 | 34 | |
| 5 | Qarabağ | 22 | 9 | 7 | 6 | 30-20 | 34 | |
| 6 | Zirə | 22 | 9 | 5 | 8 | 29:34 | 32 | |
| 7 | Rəvan | 22 | 9 | 2 | 11 | 32-31 | 29 | |
| 8 | İnter | 22 | 6 | 3 | 13 | 33-46 | 21 | |
| 9 | Xəzər Lənkəran | 22 | 6 | 2 | 14 | 28-54 | 20 | |
| 10 | AZAL | 22 | 4 | 3 | 15 | 22-53 | 15 | |
|
Bombardirlər | Ehtiram Şahverdiyev (Qəbələ) - 14. Mirabdulla Abbasov (Neftçi), Şahin Əliyev (Sumqayıt), Ramil Mansurov (Qəbələ) - 10. Aqşin Qurbanlı (Neftçi), Emil Həsənzadə (Sumqayıt) - 8. | |||||||
Fanat.az