Lempard sevinərkən qolunu sındırdı - VİDEO

Lempard sevinərkən qolunu sındırdı - VİDEO

"Everton"un baş məşqçisi Frenk Lempard "Nyukasl"la oyunda (1:0) qələbə qolunu qeyd edərkən qolunu sındırıb.

Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis Aleks İvobinin 99-cu dəqiqəyə təsadüf edən qoluna çılğınlıqla sevinərkən özünə xəsarət yetirib.

 

O, bu haqda oyunsonrası mətbuat konfransında belə deyib: "Sevinərkən qolumu sındırdım. Çox ağrıyır, qolumu tərpədə bilmirəm. Amma hazırda buna əhəmiyyət vermirəm". 

Bu qələbə sayəsində "Everton" Premyer Liqada düşmə zonasından xilas olmağı bacarıb. Lempardın komandası 17-ci yerdə qalsa da, 18-ci olan "Uotford"dan üç, 19-cu olan "Burnley"dən dörd xal irəlidədir.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər