Le Quen millimizin üzvünü oynatdı

Le Quen millimizin üzvünü oynatdı

 “Bursaspor” Avstriya hazırlığı çərçivəsində ilk sınaq oyununa çıxıb. Fanat.Az xəbər verir ki, “timsahlar” İngiltərə Çempionşipində mübarizə aparan “Lids”lə qarşılaşıb.

 

Oyun bursalıların zəfəriylə başa çatıb - 3:0. Fasilədən sonra Azərbaycan U-21-nin üzvü Ozancan Kökcü meydana ayaq basıb və onun top qovduğu dəqiqələrdə komandası 2 qol vurub. Əsas millimizin forvardı Dəniz Yılmaz isə oynamaq şansı qazanmayıb.

Fransız çalışdırıcı Pol Le Quen rəhbərliyin transferə çıxardığı Yılmazın məşqlərə yeni başladığını əsas gətirərək yoxlama görüşündə iştirakını lazımsız sayıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər