KXL: Qaqarin Kuboku sahibsiz qaldı

KXL: Qaqarin Kuboku sahibsiz qaldı
KXL koronavirus pandemiyası səbəbindən erkən başa çatan 2019-20 mövsümünün qalibini müəyyənləşdirməmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, cari mövsümdə Qaqarin Kuboku sahibini tapmayacaq. KXL-in bəyanatında qeyd olunub:
"Çempionatın davam etdirilməsinin mümkünsüzlüyünə görə, ilk mərhələnin nəticələrinə və ya hansısa reytinqə əsasən çempion və mükafatçıları müəyyənləşdirmək idman prinsiplərinə uyğun gəlmir.
Mövcud vəziyyətin təhlili göstərdi ki, 2019-20 mövsümündə KXL-in qalibini və mükafatçıları müəyyənləşdirmək üçün obyektiv və ədalətli meyar yoxdu".
Qeyd edək ki, "Ak Bars", "Barıs", Dinamo", "Yokerit", "Salavat Yulaev", "Sibir", SKA və SSKA Qaqarin Kubokunun ikinci mərhələsinə vəsiqə qazanmışdılar.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər