Kvinsi Promes Moskva "Spartak"ını ələ salmağa davam edir

Kvinsi Promes Moskva "Spartak"ını ələ salmağa davam edir

Moskva "Spartak"ının niderlandlı hücumçusu Kvinsi Promes komandanın qış hazırlığının Türkiyədə keçiriləcək 3-cü hissəsinə də qatılmayacaq.

Fanat.Az  "Çempionat" saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin forvardı fərdi məşqlərlə kifayətlənəcək.

Xəbəri "Spartak"ın mətbuat xidməti təsdiqləsə də, Promesin təlim-məşq toplanışından kənarda qalmasının əsl səbəbi haqda dəqiq məlumat yoxdur.

Qeyd edək ki, daha öncə hazırlığın ilk iki hissəsində olmayan Kvinsinin Türkiyəyə yollana biləcəyi açıqlanmışdı.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər