II Liqada 11-ci tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk gündə 4 görüş baş tutub.
“Qusar” “Ağdaş”ı, “Kürmük Qax” “Lerik”i, “Dinamo” isə “Şəfa”nı məğlub yola salıb. “Füzuli” - “Şahdağ Qusar” matçında qalib müəyyənləşməyib.
II Liqa 11-ci tur 13 noyabr
“Füzuli” – “Şahdağ Qusar” 1:1 Qollar: Haqverdi Həsənov, 66 - Rubin Seyidov, 36. “ASK Arena”, 13:00.
“Qusar” – “Ağdaş” 3:1 Qollar: Orxan Qurbanlı, 25. Firudin Ağalarov, 32. Aslan Hüseynov, 52 - Xəzər Məmmədov, 60. “Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.
“Kürmük Qax” – “Lerik” 4:0 Qollar: Büsat Süleymanov, 14. Fuad Osmanlı, 26; 56. Nail Təhməzli, 41. Qax OİK stadionu, 14:00.
“Dinamo” – “Şəfa” 1:0 Qol: Valeh Seyidov, 73-pen. Binə qəsəbə stadionu, 14:30.