Qazaxıstanın "Kayrat" klubu baş məşqçi Qurban Berdiyevlə yolları ayırdıqlarını açıqlayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyub.
Berdıyevlə birlikdə onun köməkçiləri İvan Danilyants, Dmitri Kiriçenko, Andrey Matsyura və Eduard Kunduxov da klubu tərk edib.
69 yaşlı çalışdırıcı ötən ilin yayında "Kayrat"ın baş məşqçisi təyin edilmişdi. Onun rəhbərliyi altında 32 oyuna çıxan komanda 14 qələbə, 8 heç-heçə və 10 yenilgi ilə yadda qalıb.
Emin