Künc zərbəsindən birbaşa vurulan qol - VİDEO

Künc zərbəsindən birbaşa vurulan qol - VİDEO

İtaliya A Seriyasının 16-cı turunda "Yuventus" öz meydanında "Cenoa"nı 2:0 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Xuan Kuadrado matçın 9-cu dəqiqəsində künc zərbəsindən birbaşa topu silkələyib.

"Football Italia" nəşrinə danışan 33 yaşlı futbolçu qolun təsadüfən vurulduğunu deyib: “Mən açığı bunu etməyi planlaşdırmırdım, təsadüfən baş verdi! Topu dirəyə tuşlamışdım, amma o başqa traektoriya ilə getdi" 

 

Xatırladaq ki, bu qələbə ilə xal sayını 27-ə çatdıran "Yuventus" A Seriyada 5-ci pilləyə yüksəlib. “Cenoa”nın isə 10 xalı var. Andrey Şevçenkonun başçılıq etdiyi komanda 18-ci yerdə, B Seriyası zonasındadır.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər