Kumandan Pyaniçin şikayətinə cavab: "Rəqabəti uduzdu"

Kumandan Pyaniçin şikayətinə cavab: "Rəqabəti uduzdu"

"Barselona"nın baş məşqçisi Ronald Kuman (Ronald Koeman) komandanın sabiq futbolçusu Miralem Pyaniçin (Miralem Pjanic) tənqidlərinə cavab verib.

Fanat.Az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis Pyaniçlə müqayisədə klubda əsas heyətə düşəcək daha yaxşı futbolçuların olduğunu bildirib

“Pyaniç komandadakı yarımmüdafiəçilərlə olan rəqabətdə qalib gələ bilmədi. Bu qədər. çalışdıq, sınadıq və gördük ki, bizdə daha yaxşı futbolçular var. Ona yeni klubunda ən yaxşısını diləyirəm".

Xatirladaq ki, avqustun 31-i Miralem Pyaniç "Beşiktaş" klubuna icarəyə verilib. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər