Kuman: "O, komandada qalmaq istəmir, daha yüksək maaşa qaçır"

Kuman: "O, komandada qalmaq istəmir, daha yüksək maaşa qaçır"

"Barselona" nın baş məşqçisi Ronald Kuman (Ronald Koeman) klubun ispaniyalı yarımmüdafiəçisi İlayş Moribanın (İlaix Moriba) müqaviləsindən danışıb.

Fanat.Az xəbər verir ki, mütəxəssis 18 yaşlı futbolçunun müqaviləsini yeniləmək niyyətində olmadığını bildirib. 

"Onunla 2-3 həftə əvvəl danışmışam. Bu məşqçi ilə oyunçu arasındakı söhbətdən daha çox şəxsi söhbət idi. Vəziyyətin ağır olduğunu düşünürəm. 18 yaşı var, gəncdir. Əsas komandada oynamaq imkanı qazanıb, amma bundan istfadə etmir. O, klubun gələcəyidir. Başısoyuqluq edib daha çox maaşa qaçır.

Klubun ona nə təklif etmək istədiyini bilirəm. Məsləhətim budur: əsas pul deyil. Oynamaq daha vacibdir. O özü və ətrafı başqa cür qərar verib və mən buna görə çox məyus oldum. Təkrar edirəm - pul əsas deyil" deyə Kuman bildirib.

Qeyd edək ki, hazırda futbolçu ilinə 2 milyon avro maaş alır və bunun 2 qatını tələb edir.  "Çelsi" klubu futbolçuya illik "Barselona"da aldığından 2-3 dəfə yüksək maaş təklif edib.   

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər