Kuman darmadağını belə şərh etdi

Kuman darmadağını belə şərh etdi

Niderland millisinin baş məşqçisi Ronald Kuman Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində Rumıniya üzərində qazandıqları qələbəni (3:0) dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"Yekun hesab əsasdır. Amma biz niderlandlıyıq, hər şeydən öncə yaxşı oynamalıyıq. Bəzən matça yaxşı başlamırsan, amma istədiyin nəticəni qazanırsan. Buna izah vermək çətindir. Görüşə istədiyimiz kimi başlamadıq, amma matçın gedişatı xeyrimizə oldu. İkinci qolu gec vurduq. Rumıniya millisinə hücum imkanı vermədik".

Qeyd edək ki, Niderland seçməsi 1/4 finalda Türkiyə millisi ilə qarşılaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər