Kubokun finalını əcnəbi hakimlər idarə edəcək?

Kubokun finalını əcnəbi hakimlər idarə edəcək?

“Qarabağ” və “Qəbələ” komandaları arasındakı futbol üzrə Azərbaycan Kubokunun final matçını əcnəbi hakimlər briqadası idarə etməyəcək.

Bu barədə “Report”a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. 

X.Məmmədov bildirib ki, mayın 5-də Naxçıvanda baş tutacaq həlledici görüş üçün xaricdən hakimlər dəvət etməyə ehtiyac yoxdur. O, azərbaycanlı hakimlərin işlərinin öhdəsindən yaxşı gəldiklərini söyləyib: “Bu cür söhbətlər haradan çıxır, bilmirəm. Nəyə görə əcnəbi hakim dəvət olunmalıdır? “Qəbələ” və “Qarabağ” komandalarının cari çempionatdakı 4 matçını yerli referilər idarə edib. Finalda da elə olacaq. Naxçıvanda baş tutacaq qarşılaşmanı Fariz Yusifov edəcək, yoxsa başqası, bunu indidən demək olmaz”.

Qeyd edək ki, “Qarabağ” və “Qəbələ” komandalarının ilk 2 dövrədəki matçlarını Rəhim Həsənov, son dövrələrdəki qarşılaşmalarını isə Fariz Yusifov idarə edib. Həmin görüşlərdən yalnız birində - noybarın 29-da XIII tur çərçivəsində “Qarabağ”ın 2:1 hesabı ilə qalib gəldiyi oyunda qonaqlar R.Həsənovun idarəçiliyindən narazı qalıblar.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər