Kubokun finalında qalmaqal: Azarkeşlər sosial məsafəni pozdu, oyun dayandı - FOTOLAR

Kubokun finalında qalmaqal: Azarkeşlər sosial məsafəni pozdu, oyun dayandı - FOTOLAR
Danimarka Kubokunun finalı keçirilib.
Fanat.Az "Sporf"a istinadən xəbər verir ki, "Olborq" və "Sönderyüske" arasındakı həlledici oyunun gedişində maraqlı hadisə yaşanıb. "Olborq" azarkeşləri sosial məsafə qaydalarına əməl etmədiklərinə görə, matçın baş hakimi qarşılaşmanı dayandırıb.
Komandanın nümayəndələri fanatlardan təlimatlara riayət etmələrini xahiş ediblər. Nəticədə bəzi azarkeşlər aralarında 1 metr məsafə saxlamağa razılıq veriblər. Qaydalara tabe olmamaqda israr edənlər isə stadiondan çıxarılıblar. Daha sonra qarşılaşma qaldığı yerdən davam edib.
Qeyd edək ki, "Sönderyüske" "Olborq"u 2:0 hesabı ilə məğlub edərək Danimarka Kubokunun qalibi olub.
 
Kubokun finalında qalmaqal: Azarkeşlər sosial məsafəni pozdu, oyun dayandı - FOTOLAR Kubokun finalında qalmaqal: Azarkeşlər sosial məsafəni pozdu, oyun dayandı - FOTOLAR Kubokun finalında qalmaqal: Azarkeşlər sosial məsafəni pozdu, oyun dayandı - FOTOLAR
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər