Kubokun finalı harda keçiriləcək?

Kubokun finalı harda keçiriləcək?
"Kubokun finalının keçirilməsi üçün iki məkan üzərində dayanmışam. Birinci Gəncə, sonra Qəbələ". Fanat.Az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Bu gün Antalyada mətbuat konfransı keçirən PFL rəhbəri qərarın may ayında veriləcəyini bildirib: "Qəbələdə yarış keçirməyimiz işimizi çox asanlaşdırdı. Amma Gəncəyə də addım atmaq lazımdı. Onlar da futbolu sevirlər. Tək işıqlanma ilə bağlı problem var. Oturmaqla bağlı elə də ciddi narahatlıq yoxdu. Azarkeşlər ayaq üstdə də dura bilərlər. İşıqlanma may ayına qədər hazır olsa, orada keçiriləcək. Olmasa, oyun Qəbələdə baş tutacaq".
Musayev "Kubokun final matçının Lənkəran və ya İmişlidə keçirilməsi mümkündümü" sualına belə cavab verib: "O zonaya da böyük hörmətim var. Amma öyrəndik ki, stadionun ot örtüyü yaxşı vəziyyətdə deyil. Şərait olmalıdı Hazırda orda işlər dayanıbsa, bizim işimiz daha da artıq olar. İmişli də öz torpağımızdı. Mən təkcə seçdiyimiz rayonu yox, ətrafı da fikirləşirəm. Oyunu İmişlidə keçirsək, hansı rayonlardan gələcəklər? Həm də orda da şərait yaxşı deyil".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər