Kubokun finalı azarkeşsiz keçiriləcək

Kubokun finalı azarkeşsiz keçiriləcək
Fransa kubokunun "Stad de Frans" arenasında oynanılacaq final görüşü azarkeşsiz keçiriləcək. 
Fanat.Az RMC Sport-a istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbindən ölkədə tədbiq olunan karantin rejimi buna mane olub.
 
Fransa Futbol Federasiyası ölkə rəhbərliyinə müraciət etsə də, müsbət cavab ala bilməyib. 
Qeyd edək ki, bu gün və sabah kubokun yarımfinal görüşləri keçiriləcək. Finala "Monpelye" - PSJ və "Ryumiyi" - "Monako" cütlüklərinin qalibləri yüksələcək.
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər