Kubokda 11-ci qalib

Kubokda 11-ci qalib

Futzal üzrə Azərbaycan kubokunda 2022/2023 mövsümünə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, qalibin adına Yüksək Liqanın gümüş və bürünc medalçıları - “Neftçi” İK ilə“Baku Fire” komandalarının duelində aydınlıq gəlib.

"Bakı alovu" titula sahib çıxıb. Beləliklə, indiyə qədər 10 komanda yarışın qalibi olmuşdusa, bu rəqəm böyüyərək 11-ə çatıb. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17, 2021/22) kuboku başı üzərinə qaldırıb. “Araz-Naxçıvan” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub. Digər kubok sahiblərindən EKOL 4 (2010/11, 2011/12, 2015/16, 2018/19), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15, “Marafon Futsal” 2017/18 və “Baku Fire” 2022-23-cü il mövsümündə kuboku qazanıb. Ölkə kubokunun 2019/20-ci il mövsümün koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb, 2020/21-ci il mövsümü isə analoji səbəbdən ümumiyyətlə keçirilməyib.   Mövsüm     Kubokun sahibi

1994/95      “Neftçi” 1995/96      “Neftçi” 1996/97      “Avtomobilçi” 1997/98      “Avtomobilçi” 1998/99      “Nabspor” 1999/00      “Azərneftyanacaq” 2000/01      “Azərneftyanacaq” 2001/02      “Gömrükçü” 2002/03      “Gömrükçü” 2003/04      “Turan” AİR 2004/05      “Araz” 2005/06      “Araz” 2006/07      “Araz” 2007/08      “Araz” 2008/09      “Araz” 2009/10      “Neftçi” İSM 2010/11      EKOL 2011/12      EKOL 2012/13      “Neftçi” İSM 2013/14      “Neftçi” İSM 2014/15      “Fener” FK 2015/16      EKOL 2016/17      “Neftçi” İK 2017/18      “Marafon Futsal” 2018/19       EKOL 2019/20      Yarış başa çatdırılmayıb 2020/21      Pandemiya ilə əlaqədar keçirilməyib 2021/22       “Neftçi” İK 2022/23      “Baku Fire”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər