"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın təcrübəli yarımmüdafiəçisi Toni Kroosun müddəti cari mövsümün sonunda başa çatacaq müqaviləsini yenləyib-yeniləməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, Ançelottinin dediklərini şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Buna yalnız özü qərar verəcək. Hər şey Tonidən asılıdır. Əminəm ki, o, ən vacib anda ən yaxşı qərarını açıqlayacaq".
Xatırladaq ki, Kroos 2014-cü ildən "Real"ın uğurları üçün çalışır.