Kroos milliyə qayıdacaqmı? - Nagelsman onun qərarını gözləyir

Kroos milliyə qayıdacaqmı? - Nagelsman onun qərarını gözləyir

"Real Madrid"in yarımmüdafiəçisi Toni Kroos 2021-ci ildə vidalaşdığı Almaniya millisinə qayıda bilər.

Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ölkəsində keçiriləcək AÇ-2024-də yığmaya kömək etmək qərarına gəlsə, baş məşqçi Yulian Nagelsman onu seçməyə dəvət edəcək.

Xəbərə görə, Toni milli formanı yenidən geyinmək həvəsinə düşsə, qarşıdakı yoldaşlıq görüşlərində - Fransa və Niderlandla matşlarda Nagelsmanın sərəncamında olacaq.

Xatırladaq ki, Almaniya 2021-ci ildə keçirilən AÇ-2020-də 1/8 finala qədər irəliləmiş, həmin mərhələdə İngiltərəyə uduzmuşdu - 0:2. Qitə birinciliyində 4 oyuna çıxan və məhsuldar göstəricilərlə yadda qalmayan Kroos turnirin ardından yığma karyerasını başa vurmuşdu. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər