Krivotsyukun komandasından səfər qələbəsi

Krivotsyukun komandasından səfər qələbəsi

Futbol üzrə Cənubi Koreya çempionatında 4-cü turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Suvon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda inamlı qələbəyə sevinib – 3:1.

Anton da bu görüşün iştirakçısı olub. O, əvvəlki turlarda olduğu kimi, bu dəfə də 90 dəqiqə oynayıb.

“Daejeon” hazırda 8 xalla 3-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər