"Krasnodar" mövsüm bitməmiş Murad Musayevlə bağlı qərarını verdi

"Krasnodar" mövsüm bitməmiş Murad Musayevlə bağlı qərarını verdi

Rusiyanın "Krasnodar" klubu baş məşqçisi Murad Musayevə sonradan uzatma imkanı ilə yeni iki illik müqavilə təklif edəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı "RB Sport" yayıb. 

Xəbərə görə, tərəflər mövsüm başa çatdıqdan sonra bütün detalları müzakirə edəcəklər.

Fevralın əvvəlində Bakı klubu "Sabah"dan ayrılaraq ölkəsinə üz tutan Musayev Vladimir İviçin qovulmasından sonra, martın 14-də iyunun 30-dək müddətə müqavilə imzalayaraq "buğalar"a rəhbərlik etməyə başlayıb.

“Krasnodar” çempionatın bitməsinə bir tur qalmış “Zenit”dən 1 xal, “Dinamo”dan isə 2 xal geri qalaraq, turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Musayevin komandası son turda "Dinamo"nu məğlub etsə, paralel matçda isə "Zenit" "Rostov"la görüşdə xal itirsə, çempion olacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər