Korrupsiya qalmaqalı böyüyür -hədəfdə daha 2 məşqçi var

Korrupsiya qalmaqalı böyüyür -hədəfdə daha 2 məşqçi var

İngiltərənin I divizionunda mübarizə aparan “Barnsli” klubunun rəhbərliyi köməkçi-məşqçi Tommi Raytı vəzifəsindən kənarlaşdırıb. Fanat.Az xəbər verir ki, 50 yaşlı şotlandiyalı mütəxəssisin də adı korrupsiya qalmaqalında hallanır. 

İngiltərə mətbuatında yer alan xəbərlərə görə, Rayt özünü asiyalı biznesmen kimi təqdim edən jurnalistdən içərisində 5 min funt-sterlinq olan paket alıb. Həmin məbləğ çalışdırıcıya Asiyadan olan saxta bir şirkətin futbolçuların transferində pul qazanmaq müqabilində verilib.

Qalmaqalda həmçinin QPR klubun baş məşqçisi Cimmi Floyd Hasselbaynk və “Lids”in sahibi Massimo Çellinonun da adı hallanır. Artıq QPR klubu da məsələ ilə bağlı daxili araşdırma aparıldığını bəyan edib.

Qeyd edək ki, bu həftə Britaniya mətbuatında korrupsiya məsələsi ilə bağlı dərc edilən yazılardan sonra İngiltərə millisinin baş məşqçisi Sem Ellerdays səhvini etiraf edərək, postundan istefa verməli oldu.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər