KONKAKAF Millətlər Liqasının qalibi məlum oldu

KONKAKAF Millətlər Liqasının qalibi məlum oldu

KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqasının qalibi məlum olub.

Fanat.Az xəbər verir ki, final matçında Kanada yığmasına 2:0 hesabı ilə qalib gələn ABŞ millisi titula sahib çıxıb.

Qolları 12-ci dəqiqədə Kris Riçards və 34-cü dəqiqədə Folarin Balaqun vurublar.

Üçüncü yer uğrunda oyunda Panama millisini 1:0 hesabı ilə məğlub edən Meksika isə bürünc medal qazanıb.

KONKAKAF Millətlər Liqasının bundan əvvəlki qalibi də ABŞ millisi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər