Komandası 1/8 finala darmadağınla çıxdı, Renat isə...

Komandası 1/8 finala darmadağınla çıxdı, Renat isə...

Futbol üzrə İsveçrə Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də ölkə kubokunda növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə aşağı liqa təmsilçisi "Qoldstern"lə qarşılaşıb. 3:0 hesablı qələbəyə sevinən “Qrasshopper” növbəti mərhələyə adlayıb.

Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı bu oyunun iştirak ərizəsinə salınmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər