Bu gün Moskva şəhər məhkəməsi "Zenit”in hücumçusu Aleksandr Kokorinin apellyasiya şikayətinə baxıb.
Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 3 nəfərə hücum çəkərək xəsarət yetirmiş forvardın anası Svetlana Kokorina böyük oğlunun azadlığa buraxılması qarşılığında 10 milyon rubl verməyə hazır olduğunu bəyan edib. Məhkəməyə bank hesabındakı 10 milyon 234 min 119 rublun çekini də gətirən Svetlananın arzusunun həyata keçib keçməyəcəyi hələ bilinmir.
Xatırladaq ki, Aleksandr, qardaşı Kiril və "Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev qrup şəklində adamlara hücum çəkdikləri üçün dekabrın 8-nə qədər "Butırka” təcridxanasında saxlanılacaq. Moskva məhkəməsi isə daha öncə Kiril və Pavelin apellyasiya şikayətinə baxıb və təmin etməyib.
Fanat.Az