Klublararası dünya çempionatının püşkü atıldı

Klublararası dünya çempionatının püşkü atıldı

2022-ci ildə keçiriləcək futbol üzrə klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib. 

Fanat.Az xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə ilk 3 mərhələdə, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.   UEFA Çempionlar Liqasının son qalibi olan “Çelsi” (İngiltərə) və Libertadores Kubokunun son sahibi “Palmeyras” (Braziliya) mübarizəyə yarımfinal mərhələsindən başlayacaq.   Birinci mərhələ   1. “Əl-Cəzirə” (Birləşmiş Ərəb Əmirlikləri) - “Oklend Siti” (Yeni Zelandiya)   İkinci mərhələ   2. “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) - “Əl-Cəzirə”/”Oklend Siti” 3. “Əl-Əhli” (Misir) - "Monterrey" (Meksika)   Yarımfinal   4. “Palmeyras” (Braziliya) - 3-cü matçın qalibi 5. 2-ci matçın qalibi - “Çelsi” (İngiltərə)   Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunacaq klublararası dünya çempionatına gələn il fevralın 3-də start veriləcək. Turnirin final görüşü, eləcə də 3-cü yer uğrunda oyun 12 fevralda baş tutacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər