Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan futbol üzrə klublararası dünya çempionatında ilk finalçı bəlli olub.
Fanat.Az xəbər verir ki, ilk yarımfinal görüşündə Misirin “Əl Əhli” və Braziliyanın “Palmeyras” klubları üz-üzə gəlib. 2:0 hesablı qələbəyə sevinən Cənubi Amerika təmsilçisi adını finala yazdırıb. Braziliya klubunun qollarına 39-cu dəqiqədə Rafael Veyqa və 49-cu dəqiqədə Dudu imza atıb. “Palmeyras”ın finaldakı rəqibi fevralın 9-da bəlli olacaq. Digər yarımfinal görüşü Səudiyyə Ərəbistanının “Əl Hilal” və İngiltərənin “Çelsi” klubları arasında keçiriləcək. Eyni gündə həm də 5-ci yer uğrunda oyun keçiriləcək. Bu oyunda yarımfinala vəsiqə qazana bilməyən Meksika “Monterrey”i ilə BƏƏ təmsilçisi “Əl Cəzirə” qarşılaşacaq.