"Klubdan ayrılmaq qərarım..." - Xavi son nöqtəni qoydu

"Klubdan ayrılmaq qərarım..." - Xavi son nöqtəni qoydu

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda postunu tərk etmək qərarını dəyişə biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssisin dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Klubdan ayrılmaq qərarım mövsümün sonunda dəyişməyəcək. Qərarım doğrudur və bu, həm kluba, həm özümə, həm futbolçulara, həm də mənim yaxınlarıma da rahatlıq gətirib. Verdiyim qərarı dəyişmək fikrində deyiləm".

Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrından "Barselona"nın baş məşqçisidir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər