Klub sahibindən görünməmiş hərəkət

Klub sahibindən görünməmiş hərəkət

İngiltərə Çempionşipində çıxış edən "Kardiff Siti"nin sahibi Vinsent Tan gözləilməz addım atıb. Fanat.az xəbər verir ki, uğursuz çıxış edən klubun malaziyalı sahibi məşqə gələrək futbolçulardan bir çox şey tələb edib.

Sabah "Çarlton"la qarşılaşacaq oyundan əvvəl qəfildən bazaya gələn Vinsent Tan futbolçulardan azarkeşləri həyacanlandırmaq üçün tez-tez qapıya zərbələr vurmağı tələb edib: "Yetərincə qol vurmursunuz. Hər oyunda uzaq məsafədən qapıya ən azı 30-40 zərbə vurmağınızı istəyirəm. Bütün oyunlarınızı izləyirəm. Özünüzə inamınız yoxdu. Top ayağınıza gəlmədən sanki isti kartof kimi münasibət göstərirsiniz. Anacaq ötürmə edirsiniz. Ancaq pas verməklə faydası yoxdu. Nə qədər çox zərbə vursanız, o qədər çox qol olar. 30 zərbə 3, 40 zərbə 4, 50 zərbə 5 qol deməkdi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər