Klub prezidenti Suaresin başına nə gəldiyini açıqladı: "Durum əndazədən çıxıb"

Klub prezidenti Suaresin başına nə gəldiyini açıqladı: "Durum əndazədən çıxıb"

Braziliyanın "Qremio" klubunun prezidenti Alberto Qerra Uruqvay millisinin ulduz forvardı Luis Suaresin səhhətindəki ciddi problemlərdən danışıb.

Fanat.Az xəbər verir ki, "Goal" klub rəhbərinin dediklərini belə çatdırıb:

“Suaresin sağlamlığı ilə bağlı durum əndazədən çıxıb. O, demək olar ki, hər gün iynələr və xüsusi prosedurlar alır. O, daim ağrı hiss edir".

Yerli mətbuat Suaresin karyerasını bitirmək variantını nəzərdən keçirdiyini iddia edir.

Qeyd edək ki, uruqvaylı hücumçu 2023-cü ilin yanvarından “Qremio”da çıxış edir. 36 yaşlı futbolçu bu günə kimi Braziliya klubunun heyətində 26 oyuna çıxıb, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.

Mirağa   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər