"Klub prezidenti olmaq arzusuna düşən adam axmaqdır" - Joan Laporta

"Klub prezidenti olmaq arzusuna düşən adam axmaqdır" - Joan Laporta

"Barselona"nın prezidenti Joan Laporta "Una Nueva Era" sənədli filminin təqdimat mərasimində bildirib ki, heç vaxt hazırkı vəzifəsini tutmaq istəməyib.

Fanat.Az xəbər verir ki, “Marca” onun dediklərini belə çatdırıb:

“Mən mərkəz hücumçusu olmaq istəyirdim. Futbolçusansa, şöhrətin, pulun olur... Klub prezidenti olmaq arzusuna düşən adam axmaqdır. Klub prezidenti olmağı heç vaxt xəyal etməmişdim”.

2003-2010-cu illər aralığında da Kataloniya təmsilçisinin prezidenti postunu tutmuş Laporta 2021-ci ildən postuna qayıdıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər