Yunanıstanın "Olimpiakos" klubunun sahibi və prezidenti Evangelos Marinakis "Barnli" ilə Avropa Liqasını pley-off mərhələsinin ilk oyununun fasiləsi zamanı hakimlər otağına hücum edib.
Fanat.Az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan ilk yarıdan sonra Marinakis yanında 13 klub rəsmisi ilə birlikdə hakim Slavko Vinçiçin olduğu otağa daxil olub. Klub rəhbəri hakimin üstünə qışqırıb, komandasının iki penaltisinin verilmədiyini deyib.
Fanat.Az