"Liverpul"un baş məşqçisi Yürgen Klopp "Kristal Pelas"la oyundan (1:1) sonra keçirilən ənənəvi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Darvin Nunyesin zəif təsir bağışlamasına münasibət bildirib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Klopp Nunyesin tənqid olunmasına belə cavablandırıb:
“Adam sizinlə dəli olar! Cəmi bir oyunda özünü göstərə bilməyib. Siz kimisə mühakimə edəndə çox ədalətsiz olursunuz. Təsəvvür edin ki, işdə bir gününüz pis keçib. Müdiriniz isə sizə evə getməyinizi və bir daha geri qayıtmamağınızı söyləyir. Xoşunuza gələr?".
Xatırladaq ki, İngiltərə Premyer Liqasının II turundan sonra "Liverpul" cəmi iki xal toplayıb.
Emin