DÇ-2018-in seçmə mərhələsinin son matçında Almaniyaya 1:5 hesabıyla yenilən yığmamız darmadağın fonunda təsəlli xarakterli uğurlu ənənəni sürdürüb. Fanat.Az-ın hesablamalarına görə, təmsilçimiz ardıcıl 4-cü dəfə bu rəqibə "quru hesab"la uduzmayıb.
6 dəfə qarşılaşdığı komandaya bütün görüşlərdə məğlub olan yığmamız bu yenilgilərdən 4-nü Berti Foqtsun 2-ni Robert Prosineçkinin rəhbərliyi altında alıb. DÇ-2010-un seçmə mərhələsinin hər iki duelində qol sevinci yaşamayan Azərbaycan AÇ-2012-nin seçmə mərhələsinin Kölndə reallaşan oyununda almanlara qol vurmağı öyrənib. Vaqif Cavadovun künc zərbəsindən havalandırdığı top yetərincə qəribə şəkildə tora qovuşandan bəri bizimkilər bundestimə "diş" göstərməyə başlayıb. Sonrakı qarşılaşmaların hərəsində 1 təsəlli qoluna sevinmişik.
DÇ-2010-nun seçmə mərhələsi
12 avqust 2009. Bakı. Azərbaycan – Almaniya – 0:2
9 sentyabr 2009. Hannover. Almaniya – Azərbaycan – 4:0
AÇ-2012-nin seçmə mərhələsi
7 sentyabr 2010. Köln. Almaniya – Azərbaycan – 6:1
Qol: Vaqif Cavadov
7 iyun 2011. Bakı. Azərbaycan – Almaniya – 1:3
Qol: Murad Hüseynov
DÇ-2018-in seçmə mərhələsi
26 mart 2017. Bakı. Azərbaycan – Almaniya – 1:4
Qol: Dmitri Nazarov
8 oktyabr 2017. Kayzerslautern. DÇ. Almaniya – Azərbaycan – 5:1
Qol: Ramil Şeydayev
Fanat.Az