"Kimsə Ronalduya şübhə etməsin" - Santuş

"Kimsə Ronalduya şübhə etməsin" - Santuş

Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş Kriştianu Ronaldunun bu mövsüm zəif performansı ilə bağlı vəziyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, "Mirror" təcrübəli çalışdırıcıdan sitat təqdim edib: 

“Ronaldu ilə bağlı heç bir narahatlığım yoxdur. Düşünmürəm ki, kimsə Ronaldunun komanda üçün əhəmiyyətini şübhə altına alır".

37 yaşlı ulduz forvard bu mövsüm "Mançester Yunayted"in heyətində cəmi 1 qol vurub. O, "Şerif"lə oyunda (2:0) penaltidən fərqlənib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər