İyunun 2-də Almaniyanın Düsseldorf şəhərində kikboksinq üzrə peşəkarlar arasında 22-ci "Heroic battle" (Qəhrəmanlıq döyüşü) keçiriləcək.
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın Fanat.Az-a verdiyi məlumata görə, 20 ölkə idmançılarının mübarizə aparacağı yarışda, ölkəmizi Dünya kubokunun gümüş mükafatçısı, bir sıra beynəlxalq turnirlərin qalibi Şikar Bədəlov təmsil edəcək.
Qeyd edək ki, Şikar Bədəlov 21-ci "Heroic battle" yarışının qalibidir.
Fanat.Az