Keysuke Honda: "Bütün rəqiblərimizi udub çempion olacağıq"

Keysuke Honda: "Bütün rəqiblərimizi udub çempion olacağıq"
"Neftçi"nin yeni transferi Keysuke Honda baş meneceri olduğu Kamboca millisindəki əsas hədəfini açıqlayb.
Fanat.Az xəbər verir ki, yaponiyalı ulduz fubolçu yerli mətbuata müsahibəsində 2023-cü ildə Kambocada keçiriləcək Cənub Şərqi Asiya Oyunlarının ("SEA Games") qalibi olmaq istədiklərini bildirib.
Bu yaxınlarda Kamboca Futbol Federasiyası ilə 3 illik yeni müqavilə imzalayan 35 yaşlı yarımmüdafiəçi əməkdaşlığı davam etdirməkdən mümnunluğunu vurğulayıb: "Komandada güclü və potensialı olan gənclər çoxdur. Əsas məqsədimiz "SEA Games"i qazanmaqdır. Bütün rəqiblərimizi məğlub edib çempion olacağıq".
Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb. (Report.az)
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər