İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində San-Marinoya qarşı keçirdikləri oyunda (10:0) poker edən Harri Keyni niyə əvəzlədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, mütəxəssis UEFA-nın saytına belə danışıb:
"Harrini meydanda saxlasaydıq, Ueyn Runinin ailə üzvləri bizə zəng vurub əvəzləməyimizi istəyəcəkdilər. Keyn fenomenal bombardirdir. Görünən budur ki, əvvəllər çox qol vurduğumuz bəzi matçlarda özünü göstərmək imkanı olmayıb. Bu axşam isə ona şans vermək qərarına gəldik. Fürsətdən çox yaxşı faydalandı".
Qeyd edək ki, hesabında 53 qol olan Runi millinin ən yaxşı bombardiridir. Keyn isə yığmanın formasıyla 48 dəfə rəqib qapılarına yol tapıb.
Nihat