"Keyn, Levandovski, Holand..." - Frank "qumarbaz"ı superforvard sayır

"Keyn, Levandovski, Holand..." - Frank "qumarbaz"ı superforvard sayır

"Brentford"un baş məşqçisi Tomas Frank "arılar"ın hücumçusu Ayvan Tonidən danışıb. 

Fanat.Az xəbər verir ki, 49 yaşlı mütəxəssisin dediklərini sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:

"Ayvan dünyanın ən güclü hücumçularından biridir. Mən dünyada ondan üstün olan çox sayda hücumçu görmürəm. Keyn, Levandovski, Holand... Toni səviyyəsində olanlar çox azdır. Top komandada oynasaydı, mövsümə asanlıqla 20-25 qol vurardı. Başqa klubların Toniyə niyə göz dikdiyini anlayıram".

Xatırladaq ki, Toni matçlara mərc qoyduğu üçün 8 ay müddətinə futboldan uzaqlaşdırılıb. Onun cəzasının müddəti yanvarda bitəcək.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər