Keyn hansı komanda yoldaşını fantastik sayır? - Özü dedi

Keyn hansı komanda yoldaşını fantastik sayır? - Özü dedi

"Bayern Münhen"in forvardı Harri Keyn yeni komandasında diqqətini xüsusi şəkildə çəkən futbolçulardan danışıb.

Fanat.Az xəbər verir ki, "TNT Sports" ingilis ulduzun dediklərini belə çatdırıb:

“Camal Musiala fantastikdir. Mən onun nə qədər yaxşı olduğu barədə çox eşitmişdim. Camalın məşqdə necə hərəkət etdiyini və hücumda necə oynadığını izləmək çox xoş idi.

Müller necə də ağıllıdır! Bəzən kənardan baxan insanlar intellektinə görə komandanın qalan oyunçularından addım öndə olan bu tip futbolçuları qiymətləndirmirlər”.

Xatırladaq ki, "Bayern" Keyni yay transfer pəncərəsində, 100 milyon avro qarşılığında "Tottenhem"dən transfer edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər