Keyn Almaniyaya 5 adam gətirib, bəs onun dostu kimdir?

Keyn Almaniyaya 5 adam gətirib, bəs onun dostu kimdir?

Bu yay "Tottenhem"i "Bayern Münhen"ə dəyişən Harri Keyn Almaniyaya özü ilə 5 nəfərdən ibarət komandasını da gətirib.

Fanat.Az "Sport Bild"ə istinadən xəbər verir ki, komanda fitnes və fizioterapiya üzrə mütəxəssislər, cangüdən və ingilis oyunçunun şəxsi həkimindən ibarətdir.

Xəbərə görə, Keynin ailəsi Münhenə köçəndən sonra onun şəxsi məşqçisi  də bu ölkəyə təşrif buyuracaq. Mənbə Harrinin hazırda alman dilini öyrəndiyini, yerli mühitə uyğunlaşmaq üçün bacardığını etdiyini və daha çox komanda yoldaşı Tomas Müllerlə ünsiyyət qurduğunu açıqlayıb.

Bu mövsüm "Bayern" forması ilə bütün turnirlərdə 10 oyuna çıxan 30 yaşlı forvard 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər