Kevin De Bröyne qalır, yoxsa gedir? - Qvardiola açıqladı

Kevin De Bröyne qalır, yoxsa gedir? - Qvardiola açıqladı

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın belçikalı yarımmüdafiəçisi Kevin De Bröynenin "şəhərlilər"in sıralarını tərk edəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Daily Mail" belə çatdırıb:

"Kevin getməyəcək. Kimsə gedəsi olsa, bu haqda danışacağıq. Düzdür, hələ də yeni oyunçu transfer edə bilərik, amma dəqiq olan budur ki, heyətimiz 85-90 faiz əvvəlki kimi olacaq". 

Qeyd edək ki, daha öncə De Bröynenin Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"la razılığa gəldiyi barədə informasiyalar dərc edilmişdi. Oyunçunun özü də Asiyaya yollanacağı halda, yaxşı qazana biləcəyini dilə gətirmişdi.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər